Ermənistan və Aİ arasında hibrid təhdidlərə qarşı əməkdaşlıq davam edir
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Ermənistan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən hibrid təhdidlərə qarşı mübarizə istiqamətində əməkdaşlıq daimi xarakter daşıyır və bu, yeni bir hal deyil.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Badalyan qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində seçki proseslərinin demokratik standartlara uyğun şəkildə keçirilməsini təmin etmək məqsədilə mümkün hibrid təhdidlərə qarşı birgə fəaliyyət də həyata keçirilir. Onun sözlərinə görə, bu prosesdə Aİ və onun üzv dövlətlərinin təcrübəsi və mövcud alətləri nəzərə alınaraq Ermənistanın dayanıqlığının artırılmasına dəstək göstərilir.
Diplomat vurğulayıb ki, bu istiqamətdə əməkdaşlıq davamlıdır və Ermənistanın demokratik institutlarının möhkəmləndirilməsi məqsədini daşıyır.
Türkanə Məşədiyeva
14:19 16.12.2025
Oxunuş sayı: 1034