Budapeştdə avroskeptik sağçı liderlərin iştirakı ilə CPAC konfransı keçirilib
Macarıstanın paytaxtı Budapeştdə ABŞ mühafizəkarlarının əsas ideoloji tədbiri olan CPAC (Conservative Political Action Conference) konfransı baş tutub.
Crossmedia.az xəbər verir ki, tədbirdə Avropanın müxtəlif ölkələrindən avroskeptik və sağçı siyasi qüvvələrin liderləri iştirak ediblər.
Konfransa Fransadan “Milli Ralli”, Almaniyadan AfD, Çexiyadan hakim ANO partiyası, Avstriyadan ultrasağ FPÖ, Böyük Britaniyadan sabiq baş nazir və xarici işlər naziri Liz Truss, Slovakiyadan baş nazir Robert Fiko, Gürcüstandan isə baş nazir İrakli Kobaxidze qatılıb.
17:18 14.12.2025
Oxunuş sayı: 1294