Naxçıvanda dəm qazı zəhərlənməsi şübhəsi ilə xəstəxanaya daxil olan 23 qadın evə buraxılıb - Yenilənib
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olan 23 qadın evə buraxılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili tibbi yardım şöbəsinin həkim-infektsionisti Tahirə Məmmədova deyib.
O qeyd edib ki, xəstələrə ilkin tibbi yardım göstərilib və onlar uzun müddət müşahidə altında saxlanılıb. Müraciət edənlərin hamısı qadın olub. Xəstələrin vəziyyəti stabilləşdikdən sonra evə buraxılıblar.(Report)
19:35
Naxçıvanda dəm qazından 20-dən çox şəxs zəhərlənib
Crossmedia.az xəbər verir ki, hadisə Babək rayonunun Kültəpə kəndində yas mərasimində baş verib.
İlkin məlumata görə 20-dən çox şəxs zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib, müalicələri davam etdirilir.(Report)
19:50 12.12.2025
Oxunuş sayı: 956