Ağdərənin Həsənriz kəndinə köç karvanı yola salınıb
Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
Crossmedia.az xəbər verir ki, kəndə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 16 ailə (74 nəfər) köçürülür.
Qeyd edək ki, bununla Həsənrizə qayıdan ailələrin sayı 161-ə (1009 nəfər) çatacaq.
13:23 12.12.2025
Oxunuş sayı: 1046