Mədəni irsin qorunması üçün yeni qanun layihəsi hazırlanır
Mədəni irs haqqında yeni qanun layihəsi hazırlanır.
Crossmedia.az xəbər verir ki, bunu Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov "Mədəniyyət və hüquq: Müasir çağırışlar forumu" çərçivəsində baş tutan "Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz" adlı panel müzakirədə çıxışı zamanı deyib.
O bildirib ki, bu sahədə Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq olunub:
"Həmçinin qeyd etməliyəm ki, mədəni hüquq sahəsi üzrə mütəxəssislər azdır. Mədəniyyət geniş sahədir. Həmçinin layihə üzərində işləyərkən yeni çağırışların da olduğunu görürük".
16:52 10.12.2025
Oxunuş sayı: 987