Tərtərdə narkotik satan şəxs həbs edildi
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Natiq Mustafayev saxlanılıb.
Crossmedia.az xəbər verir ki, N.Mustafayevin rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilib. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, N.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
10:30 10.12.2025
Oxunuş sayı: 1236