Cavanşir Quliyevlə müsahibə: Azərbaycan kinosunun öz inkişaf istiqamətləri müəyyənləşməlidir -ANONS
Azərbaycan musiqisi əsrlər boyu xalqın mədəni kimliyinin ayrılmaz hissəsi olaraq formalaşıb. Bu musiqi ənənəsi həm tarixi yaddaşımızı, həm də mənəvi dəyərlərimizi əsrlərdən bu günə daşıyır. Lakin müasir dövrdə musiqi sənətində baş verən dəyişikliklər, yeni texnologiyaların tətbiqi, yaradıcı yanaşmaların müxtəlifliyi və qlobal musiqi bazarının təsiri bu sənəti yeni mərhələyə çıxarır. Belə bir tarixi dönəmdə musiqinin inkişaf dinamikasına obyektiv və peşəkar qiymət vermək, həm mövcud prosesləri dəyərləndirmək, həm də gələcək istiqamətlər barədə düşünmək olduqca vacibdir.
Musiqimizin bugünkü vəziyyəti ilə bağlı Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Crossmedia.az-a müsahibə verib.
Müsahibədən maraqları fikirləri təqdim edirik:
— "Azərbaycan kinosunun öz inkişaf istiqamətləri müəyyənləşməlidir".
— "Yenidən doğulsam, yenə musiqiçi olardım".
— "Azərbaycanda musiqi təhsilinin strukturunda problem var".
— "Musiqi ilə ideya paralel yaranır".
Qeyd edək ki, müsahibə yaxın günlərdə saytımızda yayımlanacaq.
Elmir Heydərli
11:55 10.12.2025
Oxunuş sayı: 1167