Ekspert: Biləsuvar və Qobu ərazisindəki qəzalar körpü və yol infrastrukturu səbəbindən baş verə bilər
Biləsuvar və Qobu ərazisində iki ayrı ağır yol qəzası baş verib və ümumilikdə yeddi nəfər həyatını itirib.Biləsuvar rayonunda avtomobilin kanala aşması nəticəsində 4 nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.Qobu ərazisində baş verən digər qəza zamanı isə iki nəfər hadisə yerində, bir nəfər isə xəstəxanaya çatdırılmadan həyatını itirib. Hər iki yol-nəqliyyat hadisəsi ağır faciə ilə nəticələnib.

Bu barədə Crossmedia.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov qeyd edib ki, payız mövsümündə qəzaların və ailə faciələrinin sayı artır:
" Biləsuvardakı hadisə və Qobu qəsəbəsi ərazisində baş verən qəzada 8 nəfər həyatını itirib. Bu cür hadisələrdə ailələrin yaşadığı acı çox böyükdür və atasız qalan uşaqların gələcəkdə qarşılaşacağı çətinlikləri fikirləşəndə insanın gözü qaralır".
Hadisəni analiz edərkən ekspert vurğulayıb ki, qəzalar və ölüm hallarının baş verməsində ağır yaralanmaların sonradan vəfat etmə riski çox yüksək olur. A.Əsədov həmçinin bunların səbəbini vurğulayıb. Belə ki əsas səbəb olaraq, idarə etmənin itirilməsi, ara məsafəsinin düzgün seçilməməsi, nəqliyyat vasitəsinin idarə olunması bacarığının kifayət etməməsi, məsələn, əlin roldan düşməsi, yola çıxan zaman vaxtın düzgün seçilməməsi, yol infrastrukturu barədə məlumatın olmaması, yol infrastrukturu elementlərinin kifayət qədər əks etdirici vasitələrlə təmin edilməməsi, məsələn, körpünün rənglə əks etdirici boyanmasını deyib:
"Sürət həddi rejimi gözlənilsə belə, bu faktorlar vacib elementlərdir və 90 km/saat sürət həddi üçün də keçərlidir".
Fatimə Məmmədova
13:25 09.12.2025
Oxunuş sayı: 987