Suriyada Əsədin devrilməsinin birinci ildönümü qeyd olunur
Suriyada keçmiş prezident Bəşər Əsədin devrilməsinin birinci ildönümü qeyd olunur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu münasibətlə Dəməşqdə hərbi parad keçirilib. Paradda Suriya prezidenti Əhməd əl-Şara və hökumət üzvləri iştirak ediblər.
Qeyd olunub ki, ötən il dekabrın 8-də Bəşər Əsədin rəhbərlik etdiyi hökumət devrilib. Beləliklə, 2011-ci ildən davam edən vətəndaş müharibəsindən sonra ölkənin siyasi və ictimai həyatında yeni səhifə açıldı.
18:02 08.12.2025
Oxunuş sayı: 1005