ARB 24 və BƏƏ-nin Viory agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb
ARB 24 beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirməkdə davam edir. Abu Dabidə keçirilən Bridge Media Summit çərçivəsində ARB 24 telekanalı ilə Birləşmiş Ərəb Əmirliklərinin Viory beynəlxalq informasiya agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Crossmedia.az xəbər verir ki, sənədə Viory-nin baş meneceri Zulayho Siddikova və ARB 24-ün direktoru Radik İsmayılov imza atıblar.
Memoranduma əsasən, iki media qurumu arasında qarşılıqlı əməkdaşlıq qurulacaq və informasiya mübadiləsi həyata keçiriləcək. Baş ofisi Abu-Dabidə yerləşən Viory agentliyi dünyanın müxtəlif regionlarında nümayəndəliklərə malikdir və Qlobal Cənubun səsini beynəlxalq arenaya çıxarmağı əsas missiyası hesab edir.
Razılaşma çərçivəsində tərəflərin bir-birlərini operativ məlumatlarla təmin etməsi nəzərdə tutulur. Gələcək mərhələdə ARB 24 və Viory arasında birgə kontent istehsalı da planlaşdırılır.

18:32 08.12.2025
Oxunuş sayı: 1651