Starmer: Biz Ukraynanın yanındayıq
Britaniyanın baş naziri Kir Starmer bildirib ki, London Ukraynanı dəstəkləməkdə davam edəcək. O, bunu Ukrayna prezidenti Volodimir Zelenski, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merz ilə Downing Street-də keçirilən görüşdən
Crossmedia.az "BBC"-ə istinadən xəbər verir ki, liderlər Ukrayna və ABŞ rəsmiləri arasında ötən həftə Floridada aparılan danışıqlarda hazırlanmış son sülh planını müzakirə edirlər. Zelenski görüş öncəsi bildirib ki, “vacib qərarlar verilməlidir”.
ABŞ-nin prezidenti Donald Trump danışıqların gedişatından narazılığını ifadə edərək deyib ki, Zelenskinin komandası yeni sənədə “müsbət yanaşır”, lakin “Zelenski hələ də təkliflə tam tanış olmayıb”. Trump qeyd edib ki, bu, bir neçə saat əvvəlki məlumatlara əsaslanır.
Hazırkı proseslər Avropa və ABŞ-nin Ukrayna məsələsində artıq eyni baxışı bölüşmədiyini göstərir.
Bu fondda Rusiyanın hücumları davam edir. Ukraynanın cənub-şərqində, Zaporojye şəhərində həyata keçirilən hücum nəticəsində ən azı yeddi nəfər yaralanıb.
Türkan Kərimli
18:50 08.12.2025
Oxunuş sayı: 1117