Duman səbəbindən bu matç yarımçıq dayandırıldı
Azərbaycan Premyer Liqasının 14-cü turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” matçı təxirə salınıb.
Crossmedia.az xəbər verir ki, qarşılaşma 23-cü dəqiqədən etibarən dayandırılıb.
Buna səbəb matçın keçirildiyi Qəbələ şəhərində qatı duman olmasıdır.
Qarşılaşmanın baş hakimi Tural Qurbanov komandaları soyunub-geyinmə otağına yollayıb.
18:05 08.12.2025
Oxunuş sayı: 1337