Məşhur klinikada yoxlama keçirilib
Səhiyyə Nazirliyi Bakıda fəaliyyət göstərən "Premium Clinic"də plandankənar yoxlama keçirib.
Crossmedia.az xəbər verir ki, özəl klinikada yoxlama keçirilən zaman lisenziyadankənar (ginekoloji iş, stasionar) və sertifikatsız tibb fəaliyyətinin təşkil olunması aşkar edilib.
Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin tələblərini pozduğu üçün klinika barədə inzibati protokol tərtib edərək Nəsimi Rayon Məhkəməsinə göndərib.
Məhkəmənin qərarına əsasən, "Premium Clinic" 6 000 manat məbləğində cərimələnib.
Qeyd edək ki, "Premium Clinic"in təsisçi direktoru Mübariz Nağıyevdir. Sözügedən klinika oktyabr ayında oraya müalicə üçün yollanan qadının ölümü ilə gündəmə gəlmişdi. (Teleqraf)
17:40 08.12.2025
Oxunuş sayı: 1011