Göygöl RİH-də kadr dəyişikliyi: iki əməkdaş vəzifəsindən azad edildi
Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) iki əməkdaşı vəzifəsindən azad edilib, daha bir nəfər isə işə götürülüb.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Vüqar Novruzov müvafiq əmrlər imzalayıb.
Belə ki, RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şaiq Qənbərli öz ərizəsi ilə vəzifəsindən azad olunub və onun yerinə təyinat olmayıb.
Bundan əlavə, icra hakimiyyətinin xidmət heyətində də kadr islahatı aparılıb. Başçının əmri ilə baş mütəxəssis-sürücüsü (icra başçısının sürücüsü) vəzifəsində çalışan Səxavət Əhədov işdən çıxarılıb, onun yerinə isə Teymur Qasımov təyinat alıb.
Xatırladaq ki, V.Novruzov noyabrın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
16:23 08.12.2025
Oxunuş sayı: 897