İrandan narkotik keçirilməsinin qarşısı alınıb, 2 nəfər saxlanılıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 8 kiloqram 456 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Gəncə şəhər sakini – 2004-cü il təvəllüdlü Zərgərov Tayfur Xəyal oğlu və Ağdam rayon sakini 1990-cı il təvəllüdlü Aslanov Ayxan Rövşən oğlu şübhəli şəxs qismində saxlanılıb, 4 kiloqram 330 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Dekabr ayının 6-da isə dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd dəstəsinin xidməti ərazisində 4 kiloqram 126 qram narkotik vasitə marixuana aşkarlanıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
12:35 08.12.2025
Oxunuş sayı: 1148