Masallı və Sabirabad kolleclərinə yeni təyinatlar olub
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Asim Yusifov Masallı Dövlət Regional Kollecinin, Mərdan Əlizadə isə Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Crossmedia.az xəbər verir ki, Asim Yusifov son təyinatadək Lənkəran Dövlət Peşə Təhsili Mərkəzində müəllim kimi fəaliyyət göstərib.
Mərdan Əlizadə isə əmək fəaliyyətinə İmişli rayon Bəcirəvan kənd A.Kərimov adına tam orta məktəbdə coğrafiya müəllimi kimi başlayıb, həmçinin “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin İmişli və Saatlı rayonları üzrə koordinatoru, Coğrafiya fənninin məzmunu üzrə, Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə və s. kimi ixtisasartırma təlimlərində təlimçi olaraq fəaliyyət göstərib.
12:15 08.12.2025
Oxunuş sayı: 981