Azad edilmiş ərazilərdə 339 mina və 1511 partlayıcı aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (01.12.2025-07.12.2025) məlumat açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilib. Məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 273 piyada əleyhinə mina, 66 tank əleyhinə mina, 1511 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 693.4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
11:44 08.12.2025
Oxunuş sayı: 1021