Azərbaycan–İtaliya səhiyyə əməkdaşlığını müzakirə edib
Azərbaycan və İtaliya arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, müzakirələr səhiyyə naziri Teymur Musyaev və İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko ilə görüş zamanı baş tutub.
Teymur Musayev iki ölkə arasında səhiyyə sahəsində əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edərək, İtaliya tərəfi ilə praktiki əməkdaşlığa hazır olduqlarını bildirib.
Nazir gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini qeyd edib.
Səfir iki ölkə arasında 1992-ci ildən etibarən diplomatik əlaqələrin qurulduğunu və bu müddət ərzində İtaliya və Azərbaycan dövlətləri arasında əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırıb. Səfirin sözlərinə görə, ötən illər ərzində Azərbaycan-İtaliya münasibətləri böyük yol keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Həmçinin, Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında da maraq ifadə olunub.
Həmçinin, səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlığın qurulması, əczaçılıq, tibb təhsili, həkimlərin təkmilləşdirilməsi, səhiyyə idarəçiliyi sahəsində təcrübə mübadiləsinin vacibliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
12:28 01.12.2025
Oxunuş sayı: 1696