Gürcüstanda kartla ödəniş sistemi işləmir
Gürcüstanda "Lukoil" şirkətinə məxsus yanacaqdoldurma məntəqələrində kartla ödəniş artıq beş gündür mümkün deyil.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin qaynar xəttindən bildirilib ki, kartla ödənişlərin qəbulu müvəqqəti dayandırılıb. Xidmətin nə vaxt bərpa olunacağı isə hələlik məlum deyil.
Qeyd edək ki, bir müddət əvvəl "Lukoil"in Azərbaycandakı yanacaqdoldurma məntəqələrində də oxşar çətinlik yaşanmış, lakin problem qısa müddətdə aradan qaldırılaraq kartla ödəniş bərpa edilmişdi.
00:25 29.11.2025
Oxunuş sayı: 831