İranda türk adlarına yeni qadağa: Sistemə giriş ödənişli edilib
İranın Vətəndaş Qeydiyyatı Təşkilatı türk adlarına qoyulan qadağaya qarşı ictimai təzyiqi azaltmaq məqsədilə ad seçimi sistemində yeni məhdudiyyət tətbiq edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəlcə vətəndaşlar “Sahim” Ad Seçmə Sisteminə daxil olaraq istədikləri adın icazəli olub-olmadığını pulsuz şəkildə yoxlaya bilirdilər. Lakin “Balamın Adı” kampaniyasının araşdırması göstərir ki, artıq sistemə giriş çətinləşdirilib və ödənişli olub.
Məlumata görə, “Sahim”ə keçid etmək istəyən istifadəçilər avtomatik şəkildə İranın Rəqəmsal Şəxsiyyət Sisteminə yönləndirilir. Burada onlardan üztanıma vasitəsilə şəxsiyyəti təsdiq etmələri tələb olunur və xidmətə davam edə bilmələri üçün 19.800 tümən ödəniş etmələri zəruridir.
Əvvəllər ictimaiyyət “Sahim”də sərbəst axtarış edərək bəzi türk adlarının səbəbsiz qadağan edildiyini müəyyən edə bilirdi.
20:35 28.11.2025
Oxunuş sayı: 836