İran Dubay vasitəsilə Hizbullaha maliyyə göndərir
İran Hizbullaha dəstəyini artırmaq məqsədilə Dubay vasitəsilə yüz milyonlarla dollar pul köçürüb.
Crossmedia.az WSJ-a istinadən xəbər verir ki, bu maliyyə axınlarının Dubaydakı mübadilə mərkəzləri, özəl şirkətlər və xüsusi pul köçürmə sistemləri vasitəsilə həyata keçirilib.
Mənbələrin bildirdiyinə görə, bu yeni marşrut İranın əvvəlki maliyyə kanallarının pozulması və ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi fonunda ortaya çıxıb. Vəsaitlər Dubaydakı müəssisələrdən Hizbullaha yönləndirilir və orada yerli şəxslər vasitəsilə təşkilatın hesabına çatdırılır.
Nəşr qeyd edir ki, bu maliyyə axını İranın Hizbullahın hərbi imkanlarını bərpa etmək istiqamətində atdığı addımların bir hissəsidir.
20:15 28.11.2025
Oxunuş sayı: 892