Sülh sazişi üçün bir neçə detalın razılaşdırılması qalıb
ABŞ administrasiyası Ukrayna və Rusiya arasında sülh sazişinə doğru ciddi irəliləyiş əldə olunduğunu açıqlayıb. Ağ Ev sözçüsü Karolin Livitt bildirib ki, son bir həftə ərzində Vaşinqton hər iki tərəfi danışıqlar masasına gətirməklə prosesdə "əhəmiyyətli irəliləyişə" nail olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, artıq sənəd üzrə əsas məqamlar razılaşdırılıb və tərəfləri qarşıda yalnız bir neçə "həssas, lakin aşılmaz olmayan" detalın razılaşdırılması gözləyir.
Livitt qeyd edib ki, həmin məsələlərin yekunlaşdırılması üçün Ukrayna, Rusiya və ABŞ arasında əlavə danışıqlara ehtiyac olacaq.
Nigar Yahyazadə
21:27 25.11.2025
Oxunuş sayı: 1242