Samirə Əfəndi jestini izah etdi: Bu insanpərvərlik aktı idi
Azərbaycanlı müğənni Samirə Əfəndi açıqlama verərək bildirib ki, layihədə etdiyi jest səhnə etikası və insanpərvərlik məqsədi daşıyır, milli dəyərlərə hörmətsizlik deyil.
Crossmedia.az xəbər verir ki, o vurğulayıb ki, həmişə Azərbaycan ənənələrinə sadiq olub:" “Altın Kelebek” mükafatından əldə etdiyim gəliri şəhid uşaqlarına və Türkiyədə zəlzələdən zərərçəkmiş uşaqlara göndərmişəm, həmçinin şəhid və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbirlərdə iştirak etmişəm".
Əfəndi əlavə edib: “Həmişə xalqımın yanındayam. Şəhidlərimizin xatirəsi mənim üçün müqəddəsdir. Layihədə etdiyim jest insanpərvərlik aktı idi — musiqi siyasətdən kənar insanları birləşdirir".
Pərvin Hacıyeva
14:44 25.11.2025
Oxunuş sayı: 1445