Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Özbəkistanın Daşkənd şəhərində keçirilən “QS Avrasiya Forumu 2025” çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri Ezozxon Karimova ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görüşdə məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti, eləcə də gələcək inkişaf istiqamətləri müzakirə edilib.
Tərəflər təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və məktəbəqədər və ümumi təhsil sisteminin müasirləşdirilməsi istiqamətində əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
10:18 25.11.2025
Oxunuş sayı: 1650