Azərbaycanın Ukraynaya Su-22 qırıcıları göndərməsi ilə bağlı iddialar təkzib edildi
Azərbaycandan "humanitar yardım adı altında Ukraynaya Su-22 qırıcılar göndərilməsi" barədə yayılan məlumat dezinformasiya xarakteri daşıyır. Bu barədə etibarlı mənbələr məlumat verib.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın mövqeyi əvvəlki kimi dəyişməzdir: rəsmi Bakı münaqişə ilə bağlı tam neytrallıq siyasəti yürüdür və Ukraynaya yalnız humanitar yardım göstərir. Digər iddialar isə "ucuz populyarlıq naminə yayılmış əsassız fantaziyalar" kimi qiymətləndirilir.
Nigar Yahyazadə
15:23 24.11.2025
Oxunuş sayı: 8458