Hikmət Hacıyev Ermənistan cəmiyyətinə mesaj göndərdi
Ermənistan nümayəndə heyətinin üzvü Areq Koçinyan Bakıda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə keçirilən görüşün detalları barədə açıqlama verib. Onun sözlərinə görə, Hikmət Hacıyev görüş zamanı Ermənistan cəmiyyətinə xüsusi mesaj çatdırılmasını xahiş edib.
Crossmedia.az xəbər verir ki, Koçinyan H. Hacıyevin Azərbaycan üçün Ermənistan–Azərbaycan münaqişəsinin artıq mövcud olmadığını və tam şəkildə başa çatdığını vurğulayıb.
"H. Hacıyev qeyd etdi ki, Azərbaycan yaranmış müharibəsiz vəziyyət əsasında sülh qurmaq niyyətindədir və Ermənistanla hərtərəfli, uzunmüddətli sülhə nail olmağa çalışır. Azərbaycan tərəfi bu çərçivədə Ermənistana qarşı heç bir ərazi iddiasının olmayacağını ifadə etdi", – deyə Koçinyan əlavə edib.
Nigar Yahyazadə
12:02 24.11.2025
Oxunuş sayı: 4803