Malayziya mediası Bakıda keçirilən D-8 Media Forumundan yazır
Malayziya mediası, xüsusən də ölkənin rəsmi xəbər agentliyi Bernama Bakıda keçirilən D-8 Media Forumunu diqqətdə saxlayıb.
Crossmedia.az xəbər verir ki, Malayziya mediası forumda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektləri rəhbərlərinin, o cümlədən Bernama xəbər agentliyinin baş direktoru xanım Datin Paduka Nur-ul Afida Kamaludinin iştirak etdiyini yazır. Qeyd olunub ki, forum jurnalistlərə və media rəhbərlərinə fikir mübadiləsi aparmaq, uğur hekayələrini bölüşmək, birgə layihələri və əməkdaşlığı müzakirə etmək üçün platforma təqdim edir.
13:12 23.11.2025
Oxunuş sayı: 6114