Alison Huker: ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının yaradılmasına töhfə vermək şərəfdir
ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Alison Huker Bakıya ilk səfərinin məhsuldar keçdiyini bildirib.
Crossmedia.az-ın məlumatına görə, "X" hesabında bu barədə yazan A.Huker, səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdüyünü qeyd edib.
"ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyanın əsasını qoymaq bizim üçün şərəfdir", - A.Huker yazıb.

13:40 21.11.2025
Oxunuş sayı: 4358