İrəvanda VTB Bankının filialına silahlı hücum edilib
İrəvanda VTB Bankının filiallarından birinə silahlı basqın edilib.
Bu barədə Crossmedia.az yerli Ermənistan KİV-lərinin yaydığı məlumata istinadən xəbər verir.
Hadisə Şinararneni (İnşaatçılar) küçəsi 25 ünvanında yerləşən filialda baş verib. Məlumata görə, silahlı kişi bank binasına daxil olaraq əlində belə məzmunlu plakat tutub:
“Əgər pullarımı qaytarmasanız, 20 saniyəyə hər yeri partladacağam.”
Polis əməkdaşları hadisə yerinə çatana qədər şübhəli şəxs bankdan külli miqdarda pul apararaq qaçmağa nail olub. Hazırda hüquq-mühafizə orqanları cinayətkarın axtarışlarını davam etdirir.
Mehriban İbrahimli
19:19 17.11.2025
Oxunuş sayı: 1236