Mixail Kasyanov Rusiyada terrorçu və ekstremistlər siyahısına daxil edilib
Rusiya Federasiyasının Maliyyə Monitorinqi Federal Xidməti (Rosfinmonitorinq) ölkənin sabiq baş naziri Mixail Kasyanovu “terrorçular və ekstremistlər” siyahısına daxil edib. Kasyanov 2000–2004-cü illərdə Rusiya hökumətinə rəhbərlik edib və hazırda Rusiya hakimiyyətinin tənqidçilərindən biri kimi tanınır.
Crossmedia.az xəbər verir ki, siyahıya eyni zamanda tanınmış iqtisadçı Sergey Guriev də əlavə olunub. Həm Kasyanov, həm də Guriev daha əvvəl Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” kimi tanınmışdı.
Nazirliyin məlumatına görə, onların fəaliyyətləri və ictimai açıqlamaları “Rusiya dövlət siyasətinin nüfuzdan salınması” kimi qiymətləndirilib.
19:04 17.11.2025
Oxunuş sayı: 1355