Rusiya neftinin qiyməti düşdü
Rusiya neftinin qiyməti 2023-cü ilin martından bəri ən aşağı həddə - 36 dollara enib.
Bu barədə Crossmedia.az Bloomberg nəşrinə istinadən xəbər verir.
Alıcıların Tramp administrasiyasının ikinci dərəcəli sanksiyaları ilə bağlı risklərə görə alışları azaltması qiymətləri kəskin şəkildə aşağı salıb. Bu isə Rusiya büdcəsində neft-qaz gəlirlərinin azalmasına və ordunun maliyyələşdirilməsində çətinliklərə səbəb olur.
18:40 17.11.2025
Oxunuş sayı: 1058