İran narkotiklərlə mübarizədə özünü dünya lideri adlandırır
İran hökuməti ölkənin narkotiklərlə mübarizə sahəsində dünya üzrə lider mövqedə olduğunu açıqlayıb. Rəsmi Tehranın bildirdiyinə görə, xüsusilə sərhəd nəzarəti, qaçaqmalçılığın qarşısının alınması və beynəlxalq əməliyyatlarda iştirak baxımından İran bölgədə ən genişmiqyaslı fəaliyyət göstərən dövlətlərdən biridir. Bununla belə, rəsmilər ölkə daxilində narkotiklə bağlı problemlərin hələ də ciddi olaraq qaldığını etiraf edirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, İranın Narkotiklərlə Mübarizə Qərargahının baş katibinin müavini Məhəmməd Zəreyi qeyd edib ki, bütün səylərə baxmayaraq, narkomaniya ölkədə ən böyük sosial problemlərdən biri olaraq qalır.
Türkan Kərimli
18:23 17.11.2025
Oxunuş sayı: 986