Tramp: Rusiyaya qarşı sanksiya paketinə İran da daxil edilə bilər
Dünən ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı mövqeyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, bildirib ki, Rusiya ilə əməkdaşlıq edən istənilən ölkə ciddi sanksiyalarla üzləşə bilər və bu siyahıya İranın da daxil edilməsi mümkündür.
Tramp çıxışında respublikaçıların Rusiya ilə işləyən ölkələrə qarşı “çox sərt qanunlar və sanksiyalar” hazırladıqlarını vurğulayıb. Onun sözlərinə görə, belə bir mexanizm tətbiq olunsa, İran da həmin sanksiya paketinə əlavə oluna bilər.
“Onlar İranı da belə bir qanun layihəsinə daxil edə bilərlər, bildiyiniz kimi, mən bunu təklif etmişəm. Ona görə də Rusiya ilə əməkdaşlıq edən istənilən ölkə ciddi sanksiyalara məruz qalacaq”, – deyə, Tramp əlavə edib.
18:04 17.11.2025
Oxunuş sayı: 1357