Paris küçələrində yığılan tullantılar problemi böyüyür
Parisinin yarısında artıq bir həftəyə yaxındır ki, küçələrdən zibil daşınmır və şəhərin bir çox hissəsində tullantı yığınları əmələ gəlib. Buna səbəb 12 noyabrda başlayan bələdiyyə kommunal xidmətlərinin tətilidir.
Crossmedia.az bu barədə Le Figaro nəşrinə istinadən xəbər verir.
Həmkarlar ittifaqlarının çağırışından sonra şəhərdə məişət tullantılarının yandırıldığı zavodlar və təmizləmə texnikası qarajları bağlanıb. İttifaq əmək şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb edir.
Həmkarlar ittifaqının nümayəndəsi bildirib ki, şənbə günü texnika parklarından birinə onlarla polis daxil olub və tətil edən işçilərə “fiziki məcburiyyət” tətbiq edib. Bundan sonra tətil 17 noyabr, bazar ertəsinə qədər uzadılıb.
Tətil Parisin 20 bələdiyyə dairəsindən 10-na təsir edib. Şəhər meri bu həftə tətilçilərlə yenidən görüş keçiriləcəyini bildirib.
Günel Verdiyeva
16:55 17.11.2025
Oxunuş sayı: 1012