Azərbaycanda fəxri adlara görə 4 mindən çox şəxsə təqaüd verilir
2025-ci il oktyabr ayının 1-nə olan vəziyyətə əsasən, Azərbaycanda fəxri adlara görə 4 min 701 nəfər təqaüd alır.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Belə ki, onlardan 243-sı "Xalq" fəxri adına, 4 min 458-i isə "Əməkdar" fəxri adına görə təqaüd alır.
Qeyd edək ki, "Xalq" fəxri adına görə təyin olunan təqaüdün məbləği 300 manat, "Əməkdar" fəxri adına görə isə 200 manatdır.
15:33 14.11.2025
Oxunuş sayı: 1127