Türkiyə MN Bakıdakı hərbi paradla bağlı paylaşım edib
Cəsarət, qələbə və sədaqət.
Crossmedia.az xəbər verir ki, bu sözlər Türkiyənin Milli Müdafiə Nazirliyinin "X"dəki hesabında 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən Hərbi paradla bağlı paylaşımında yer alıb.
"Qısaca: Türkiyə, Azərbaycan və Pakistanın qardaşlığı! Hər biri Ay-ulduz olan qəhrəmanlarımız bu gün Azərbaycanın Zəfər Günündə bir ürək və bir yumruq oldular.
Türkiyədən Azərbaycan və Pakistandakı qardaşlarımıza salamlar!", - paylaşımda qeyd olunub.
22:24 08.11.2025
Oxunuş sayı: 1311