Xankəndidə Zəfər atəşfəşanlığı - YENİLƏNİB
Xankəndi şəhərində Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən konsert proqramının ardınca atəşfəşanlıq olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Zəfər meydanında şəhərin səması rəngarəng işıqlara bürünüb.
Atəşfəşanlıq Xankəndi sakinləri tərəfindən böyük sevinclə qarşılanıb, hər kəsdə xoş ovqat yaranıb.
19:37
Xankəndi şəhərində "8 Noyabr" Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı keçirilib.
Crossmedia.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bayram konserti Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.
Zəfər konsertində tanınmış ifaçılar, incəsənət xadimlərinin ifasında, vətənpərvərlik ruhunda mahnılar səslənib.
Tədbir zamanı səslənən musiqilər, Xankəndi səmasını bəzəyən möhtəşəm atəşfəşanlıqla unudulmaz anlar yaşadıb. (Report)
20:25 08.11.2025
Oxunuş sayı: 1621