Ukrayna səfiri Zəfər Günü münasibətilə Azərbaycana sülh və rifah arzulayıb
Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Azərbaycanı Zəfər Gününün beşinci ildönümü münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını simvolizə edən gün münasibətilə Azərbaycan rəhbərliyinə və xalqına səmimi təbriklərimi çatdırıram! Qardaş Azərbaycan xalqına sülh, rifah və gələcək uğurlar arzulayıram", - səfir qeyd edib.
16:32 08.11.2025
Oxunuş sayı: 916