Pəncəli Teymurov və Vaqif Qurbanova ölümündən sonra Milli Qəhrəman adı verilib
Gizir Pəncəli Nurməmməd oğlu Teymurov və baş leytenant Vaqif Bəxtiyar oğlu Qurbanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Məlumat üçün qeyd edək ki, gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində Talış yüksəkliklərinin alınmasında iştirak edib və 3 aprel 2016-cı ildə döyüşdə şəhid olub.
16:24 07.11.2025
Oxunuş sayı: 1762