Alimlərin mükafatlandırılması bizim filosofları çox ruhlandırıb - İnstitut direktoru
Ötən günlərdə ölkə başçısının sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə bir qrup alim müxtəlif mükafatlara layiq görülmüşlər. Bunlardan bəzi elm xadimləri "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, bir qrupu “Şöhrət” ordeni ilə, bir qrupu 3-cü dərəcəli “Əmək” ordeni ilə, bir qrupu isə "Tərəqqi" medalı ilə təltif olunmuşlar.
"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə mükafatlandırılan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə Crossmedia.az-a fikirlərini bölüşüb: "Azərbaijan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən alimlərin mükafatlandırılması bizim filosofları çox ruhlandırıb. Buna görə canab Prezidentə artıq dərəcədə minnətdarlığımızı bildiririk.
AMEA- nın 80 illiyinə həsr olunmuş iclasda canab Prezident çıxışında bizim qarşımızda yeni vəzifələr qoyur və biz çalışarıq onları layigincə yerinə yetirək".
Elmir Heydərli
14:41 07.11.2025
Oxunuş sayı: 1617