ABŞ Dəməşqdə hərbi kontingent yerləşdirməyə hazırlaşır
Amerika Birləşmiş Ştatları Suriya və İsrail arasında gələcək təhlükəsizlik paktının təmin edilməsi məqsədilə Dəməşqdə hərbi kontingent yerləşdirməyə hazırlaşır.
Crossmedia.az Reuters agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Suriya paytaxtında hərbi qüvvə yerləşdirmə planları barədə əvvəllər məlumat verilməyib və bu, Suriyanın ABŞ-a doğru strateji yönəlməsinin əlaməti ola bilər.
Məlumata əsasən, baza Suriyanın cənub rayonlarına giriş hissəsində yerləşəcək. Həmin ərazi İsrail və Suriya arasında imzalanacaq hücum etməmək paktı çərçivəsində demilitarizasiya zonası kimi nəzərdə tutulur.
Xəbərdə qeyd olunur ki, bu razılaşma ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasının vasitəçiliyi ilə həyata keçirilir.
Sevinc Yarməmmədova
17:40 06.11.2025
Oxunuş sayı: 1366