Pakistan və Əfqanıstan atəşkəsi müzakirə edir
Pakistan və Əfqanıstan bu gün (cümə axşamı) İstanbulda sərhəd gərginliyinin azaldılması və davamlı atəşkəs rejiminin təmin edilməsi məqsədilə mühüm danışıqların növbəti raundunu keçirir.
Bu barədə Crossmedia.az Samaa.tv-nin verdiyi məlumata istinadən xəbər verir.
Pakistanın diplomatik və hərbi nümayəndə heyətləri danışıqlarda iştirak etmək üçün artıq İstanbula çatıb. Görüşə Türkiyə və Qətər vasitəçilik edir.
Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflərin danışıqlar zamanı atəşkəs rejiminin pozulmasının monitorinqini həyata keçirəcək mexanizmi və pozuntulara görə məsuliyyət sistemini razılaşdıracağı gözlənilir.
Danışıqlar ötən ay sərhəd boyunca baş vermiş şiddətli silahlı toqquşmaların fonunda keçirilir. Qeyd edək ki, oktyabrda tərəflər beş günlük müzakirələr aparmış və son anda müvəqqəti razılaşma əldə etmişdilər. Lakin həmin razılaşma Pakistanın əsas tələbini – Əfqanıstan ərazisindən qaynaqlanan terror fəaliyyətlərinə son qoyulmasını təmin etməmişdi.
Mehriban İbrahimli
14:30 06.11.2025
Oxunuş sayı: 1425