Paşinyan: Rusiyanın Azərbaycan üzərindən yük tranzitində iştirakı Ermənistanın maraqlarına uyğundur
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Azərbaycan ərazisindən keçən dəmir yolu vasitəsilə yük tranzitində fəallığını müsbət qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamasında bildirib.
Baş nazir vurğulayıb ki, avqustun 8-də Vaşinqton razılaşmalarından sonra bəzi siyasətçilər və ekspertlər tərəfindən Rusiyanın və İranın reaksiyası ilə bağlı səsləndirilən mənfi proqnozlar özünü doğrultmayıb.
“Hazırda Rusiyanın kommunikasiya xətlərinin fəaliyyətində iştirakı tamamilə Ermənistanın baxışlarına və maraqlarına uyğundur,” – deyə Nikol Paşinyan qeyd edib.
Fidan Quliyeva
14:05 06.11.2025
Oxunuş sayı: 1280