Overçuk: Rusiya və Ermənistan arasında Azərbaycan üzərindən dəmir yolu əlaqəsi Cənubi Qafqazda sülhə töhfədir
Rusiya ilə Ermənistan arasında Azərbaycan və Gürcüstan ərazisindən keçən birbaşa dəmir yolu əlaqəsi Cənubi Qafqazda sülhün bərqərar olunmasına real töhfədir və əməkdaşlığa ümumi səyin göstəricisidir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk açıqlamasında bildirib.
“Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında Azərbaycan Respublikası və Gürcüstan ərazilərindən keçən dəmir yolu əlaqəsinin başlanmasını alqışlayırıq. Ermənistan Respublikasının müstəqillik əldə etməsindən bəri ilk dəfə olaraq ölkələrimiz arasında birbaşa dəmir yolu əlaqəsi həyata keçirilir. Bu hadisə – Cənubi Qafqazda sülhün bərqərar olunmasına real, hiss edilə bilən bir töhfədir və region ölkələrinin sabitliyi və iqtisadi inkişafı naminə gördüyümüz işlərin göstəricisidir,” – deyə Overçuk vurğulayıb.
Fidan Quliyeva
13:55 06.11.2025
Oxunuş sayı: 1879