Ermənistan sərhəd təhlükəsizliyi üçün müdafiə xərclərini artırır
Ermənistan hökuməti ölkənin müdafiə potensialını gücləndirmək məqsədilə əlavə maliyyə vəsaiti ayırıb. Qərara əsasən, müdafiə ehtiyacları üçün dövlət büdcəsindən 4 milyard 371 milyon dram (təxminən 11 milyon ABŞ dolları) ayrılacaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, sənədə əlavə olunmuş izah qeydlərində ayrılan bu vəsait əsasən sərhəd bölgələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, mühəndis-istehkam işlərinin aparılması və hərbi infrastrukturun müəyyən hissələrinin yaxşılaşdırılmasına yönəldiləcək.
Məqsəd ölkənin sərhəd xəttində təhlükəsizliyin və ərazi bütövlüyünün qorunmasını təmin etməkdir. Son dövrlərdə sərhədyanı zonalarda artan gərginlik fonunda hökumət müdafiə xərclərinin artırılmasının zəruri olduğunu hesab edib.
Türkanə Məşədiyeva
13:47 06.11.2025
Oxunuş sayı: 1345