Türkiyənin F-16 qırıcıları 8 Noyabr Zəfər Paradında iştirak edəcək
8 Noyabr Zəfər Günü münasibətilə Bakıda keçiriləcək hərbi paradda qardaş ölkə Türkiyənin hərbi kontingenti də təmsil olunacaq. Tədbirdə Türkiyə Prezident Qvardiyasının Fəxri Qoruma Rotası, həmçinin Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 tipli qırıcı təyyarə iştirak edəcək.
Crossmedia.az Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən xəbər verir ki, Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq və strateji müttəfiqlik Zəfər Günü kimi simvolik günlərdə daha qabarıq şəkildə nümayiş etdirilir. F-16 təyyarələrinin Bakıya uçuşu həm hərbi, həm də mənəvi dəstəyin davam etdiyini göstərir.
Bu addım “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, iki ölkə arasında qardaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının daha bir göstəricisi kimi qiymətləndirilir.
Türkanə Məşədiyeva
13:36 06.11.2025
Oxunuş sayı: 1294