Tramp: Putin məndən Ukrayna münaqişəsini həll etməyi xahiş edib
ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putin ondan Ukraynadakı münaqişənin həllinə kömək etməyi xahiş edib.
Crossmedia.az ABŞ mediasına istinadən xəbər verir.
“İki həftə əvvəl Putinlə danışdım və o dedi ki, biz on ildir bu müharibəni bitirməyə çalışırıq, amma bacarmadıq. İndi sən bunu həll etməlisən. Mən belə məsələləri bəzən BMT-nin köməyi olmadan bir saat ərzində həll etmişəm. Onlardan yeganə aldığım şey boş teleprompter idi. Xatırlayırsınız, səhnəyə çıxmışdım və dedim: “Cənablar və xanımlar, Amerika Birləşmiş Ştatlarının adından – prezident Donald J. Tramp’. Teleprompterə baxdım, bu sözlərdən sonra… heç nə yazılmamışdı,” – deyə o bildirib.
Günel Verdiyeva
12:30 06.11.2025
Oxunuş sayı: 1313