"Sovetski"dəki 50-dən artıq binaya tarixi bina statusunun verilməsi nəzərdə tutulur
"50-dən artıq binaya da tarixi bina statusu verilməsi nəzərdə tutulur".
Crossmedia.az xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlamasında deyib.
“70-dən artıq tarixi bina mövcuddur. Son bir neçə ay ərzində "Sovetski" ərazisində müvafiq qurumlar tərəfindən köçürülmə, qorunma və s. işlər nəzərdə tutulub. Ərazidə bir çox binaların sökülməsi müvafiq qurumlar tərəfindən həyata keçirilib. Bu ərazidən 400-ə yaxın ailə köçürülüb. Proses davam edəcək”, - o bildirib.
Riad Qasımov həmçinin deyib ki, sözügedən ərazilərdə heç bir tarixi əhəmiyyət daşımayan bir çox binanın qəzalı və baxımsız vəziyyətdə olduğu müşahidə edilib: "Bu halda onların saxlanılması məqsədəuyğun sayılmır".
12:28 06.11.2025
Oxunuş sayı: 1376