Azərbaycan Əbu-Dabi İnkişaf Fondu və Ərəb Koordinasiya Qrupu ilə sənədlər imzalayıb
Azərbaycanın İqtisadiyyat Nazirliyi Ərəb Koordinasiya Qrupu ilə Niyyət Bəyannaməsi, Əbu-Dabi İnkişaf Fondu ilə isə Anlaşma Memorandumu imzalayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
"Ərəb Koordinasiya Qrupunun Yüksək Səviyyəli Dəyirmi Masası çərçivəsində "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ərəb Koordinasiya Qrupunun üzvləri arasında Niyyət Bəyannaməsi"ni və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Əbu-Dabi İnkişaf Fondu arasında Anlaşma Memorandumu"nu imzaladıq.
Ərəb Koordinasiya Qrupu ilə tərəfdaşlığımızı yeni mərhələyə yüksəldən bu sənədlər birgə fəaliyyətin səmərəliliyinin artırılması, işgüzar platformaların və investisiyaların təşviqi üçün yeni mexanizmlərin yaradılmasını əhatə edir", - nazir qeyd edib.
18:30 05.11.2025
Oxunuş sayı: 994