NATO Kalininqrad vilayətini blokadaya almaq istəyir - Rusiyadan sərt açıqlama
NATO Kalininqrad vilayətinin mümkün blokadası ilə bağlı ssenariləri məşq edir. Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Qruşkonun sözlərinə görə, bölgədə keçirilən hərbi təlimlər və yerləşdirilən əlavə qüvvələr alyansın strateji istiqamətdə yeni addımlar atdığını göstərir.
“Əvvəllər Baltik dənizi regionu müxtəlif ölkələr arasında dialoq, iqtisadi əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün açıq bir məkan idi. Lakin son illərdə vəziyyət dəyişib”,- deyə Qruşko bildirib.
Qruşkonun fikrincə, NATO-nun atdığı addımlar Baltikanı əməkdaşlıq zonası olmaqdan çıxarıb və burada qarşıdurma mühiti formalaşdırıb.
Türkanə Məşədiyeva
16:12 05.11.2025
Oxunuş sayı: 1748